Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

137 min fələstinli BMT-nin Qəzzadakı məktəblərinə sığınıb

137 min fələstinli BMT-nin Qəzzadakı məktəblərinə sığınıb


HƏMAS-ın İsrailə hücumuna qarşılıq olaraq Təl-Əvivin Qəzzada başladığı əməliyyatdan öz təhlükəsizliyini qorumaq məqsədilə 137 min fələstinli BMT-nin Qəzzadakı məktəblərinə sığınıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) yayıb.

Açıqlamada bidirilib ki, hərbi əməliyyatlardan dolayı öz ev-eşiklərindən didərgin düşən 137 min fələstinli BMT-nin müvafiq agentliyi tərəfindən Qəzza zolağının müxtəlif bölgələrindəki 83 məktəbə yerlışdirilib.

Açıqlamada o da qeyd edilib ki, UNRWA-nın 14 qida paylama mərkəzinin hamısını bağlamaq səbəbindən yarım milyon insan ərzaq yardımından məhrum olub.

Anar TAGİYEV

Xəbəri paylaş