Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

150-yə yaxın şagird inklüziv təhsilə cəlb edilib

150-yə yaxın şagird inklüziv təhsilə cəlb edilib


2023-2024-cü tədris ilində paytaxt üzrə 18 ümumi təhsil müəssisəsində (246, 220, 252 nömrəli məktəb-liseylər, 39, 84, 138, 202, 265, 300, 214, 25, 27, 177, 36, 163, 19, 181, 96 nömrəli tam orta məktəblər) inklüziv siniflər fəaliyyət göstərir. Hazırda ümumilikdə 18 təhsil müəssisəsində 150-yə yaxın sağlamlıq imkanı məhdud şagird inklüziv təhsilə
cəlb edilib.

Newscenter.az xəbər verir ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində müsbət nəticələr əldə olunub. Paytaxt üzrə 2015-2016-cı tədris ilində 2, 2016-2017-ci tədris ilində 4, 2021-2022-ci tədris ilində 5, 2022-2023-cü tədris ilində isə 9 ümumi təhsil müəssisəsində inklüziv təhsil sinifləri təşkil olunub.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

R.Mehdiyeva
Xəbəri paylaş