Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

41 ölkəyə Türkiyə balığı ixrac edilib

41 ölkəyə Türkiyə balığı ixrac edilib


Cari ilin 9 ayında Rusiya Federasiyası daxil olmaqla 41 ölkəyə Türkiyə qızıl balığı ixrac edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Şərq Qaradəniz İxracatçılar Birliyinin (DKİB) açıqlamasında bu barədə məlumat verilib.

Bu dövrdə Rusiya Federasiyasına ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə kəmiyyətcə 54 faiz, dəyər baxımından isə 24 faiz artıb. Sözügedən ölkəyə 30 min 126 ton türk qızılbalığı ixrac edilib və 177 milyon 913 min 657 dollar gəlir əldə edilib.

Rusiya Federasiyasından sonrakı yerləri isə 39 milyon 631 min dollarla Almaniya və 24 milyon 115 min 531 dollarla Vyetnam tutub.

Mehman Mehdiyev
Xəbəri paylaş