Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələsi

Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələsi


Həftə sonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri və orada keçirdiyi görüşlər, apardığı müzakirələrin təkcə Bakı və Tbilisi üçün deyil, ümumilikdə region üçün faydalı olacağı danılmazdır. Elə Yeni Azərbaycan Partiyasının üzvü Arzu Qocayev də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, hakim partiya üzvü deyib ki, Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizindən öncə regional əməkdaşlığın inkişafına yönələn Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eyni zamanda, iqtisadi və siyasi əhəmiyyətinə görə adları çəkilən layihələrdən heç də geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq reallığa çevrilib:

"Göründüyü kimi, Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələsi olan enerji və nəqliyyat layihələri tərəfdaşlığın daha mühüm istiqamət üzrə inkişafını şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatlarında qeyd olunduğu kimi, əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması birgə səyin bəhrəsi, ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir".

Mehman Mehdiyev
Xəbəri paylaş