Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il Azərbaycan ərazisində 3 595 yeraltı təkan qeydə alınıb

Bu il Azərbaycan ərazisində 3 595 yeraltı təkan qeydə alınıb


Bu ilin doqquz ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu 8 068 yeraltı təkan qeydə alıb.

Mərkəzdən Newscenter.az-a verilən məlumata görə, bunlardan 3 595-i Azərbaycan ərazisində qeydə alınan təkanlardır.

Qeyd olunub ki, bu ilin 9 ayında Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan (ml≥3) 62 zəlzələ qeydə alınıb. Doqquz ay ərzində Azərbaycan və ona bitişik ərazilərdə ümumilikdə 28 hiss olunan təkan qeydə alınıb. 13 yeraltı təkan respublika ərazisində, 15 yeraltı təkan isə qonşu ölkələrin ərazilərdə baş verib.

Azərbaycan ərazisində yüksək maqnitudalı zəlzələ ml-5.6 Xəzər dənizində qeydə alınıb. (4 iyul 2023-cü il) 2023-cü ilin 9 ayı ərzində Azərbaycan ərazisində iki güclü maqnitudası olan ml=5.2 (Kürdəmir) və ml=5.6 (Xəzər zəlzələsi) olan zəlzələlər baş verib. 2023-cü ilin doqquz ayı ərzində qonşu ölkələrin ərazisində (Türkiyə, Gürcüstan-Ermənistan sərhəddi, İran ərzisi) seysmik aktivlik artmışdır.

RSXM tərəfindən qeydə alınan və həmsərhəd bölgələrimizdə hiss olunan zəlzələlər aşağıdakılardır:

İran ərazisində 11, Türkiyə ərazisində yeraltı təkan, Gürcüstan ərazisində 1 yeraltı təkan və Ermənistan ərazisində 1 yeraltı təkan.

Qonşu ölkələrin ərazilərində baş vermiş zəlzələlər maqnitudasından və məsafədən asılı olaraq Azərbaycan ərazisində də 5-3 bala qədər hiss olunub.

Sona
Xəbəri paylaş