Antiterror tədbirlərindən sonra Qarabağda yaşayan ermənilərin könüllü şəkildə yaşadıqları əraziləri tərk edərək Ermənistana köç prosesi başladı. Baxmayaraq ki, Azərbaycan dövləti Qarabağın erməni sakinlərinə hər cür yardım göstərir və dəstək nümayiş etdirirdi, lakin buna baxmayaraq ermənilər hansısa qüvvənin ssenarisi əsasında Ermənistana köçməyə üstünük verdilər.
Qarabağda qalan erməni sakinlərin Azərbaycan dövləti tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu görən digər ermənilərin də qısa müddətdə Azərbaycana qayıdacaqları istisna edilmir.
Newscenter.az-ın xəbərinə görə, politoloq Azər Qasımov isə hesab edir ki, Azərbaycan dövləti erməni əhalinin yenidən öz ərazisində məskunlaşma məsələsinə ciddi yanaşmalıdır:
“İlk növbədə azərbaycanlıların ərazilərə, o cümlədən, Xankəndi və ətraf ərazilərə köçürülməsi təmin edilməli, onlar öz evlərində məskunlaşmalıdırlar. Sonra isə erməni əhali qayıdarsa, boş evlərə və ya əvvəlki evlərə yerləşdirilə bilər”.
Politoloq deyib ki, bununla yanaşı Azərbaycan dövləti Ermənistandan qovulmuş əhalinin geri qaytarılması məsələsini erməni əhalinin geri qaytarılması məsələsi ilə paralel müzakirə obyekti etməlidir və danışıqlar predmeti olmalıdır ki, bu, sülh müqaviləsində öz əksini tapsın.
Anar Əliyev