Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir


İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaranmaqla bərabər, həm də yeni əməkdaşlıq imkanları meydana gəlib. Hər zaman olduğu kimi bu əməkdaşlıq formatında Azərbaycan və Gürcüstan ön sıradadır. Tbilisi və Bakının birgə əməkdaşlığı ötən illərdə iki ölkənin iştirakı ilə bir sıra qlobal əhəmiyyətli regional layihələrin həyata keçməsinə imkan yaradıb. Nəticə etibarilə, Gürcüstanla Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq mühiti yaranıb. Elə bu günlərdə Azərbaycanın dövlət başçısı İlham Əliyevin qonşu ölkəyə səfəri də məhz bu əməkdaşlığın bariz nümunəsi idi.

Newscenter.az-ın xəbərinə görə, dövlət başçısının Gürcüstana səfərini şərh edən politoloq İman Abduyev deyib ki, Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Onun sözlərinə görə, SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb:

"Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb".

Anar Əliyev
Xəbəri paylaş