Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HƏMAS-ın hücumu İsrail-ərəb münasibətlərini tormozladı

HƏMAS-ın hücumu İsrail-ərəb münasibətlərini tormozladı


“HƏMAS-ın İsrailə genişmiqyaslı gözlənilməz hücumu Yaxın Şərqi yenidən dünyanın ən qaynar nöqtəsinə çevirdi. Ən modern və güclü orduya sahib İsrailə bu cür hücum intihar deməkdir və qısa müddət ərzində bunun ağır bədəli görünməkdədir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O təəssüf hissi ilə qeyd edib ki, HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi hərbi əməliyyat hər iki tərəfdən böyük dağıntılara və itkilərə səbəb olub:

“Fələstin xalqı bundan daha çox zərər çəkir. Bundan sonra nəinki HƏMAS-ın mövcudluğu, hətta Fələstinin müstəqil dövlət kimi tanınması istiqamətində göstərilən səylər sual altına düşdü. Sülh prosesinə sarsıdıcı zərbə vuruldu. Göründüyü kimi İsrailin qısası çox amansız və bağışlanılmaz hal alıb. Bu avantüra təkcə İsrail Fələstin münasibətlərinin normal məcraya yönləndirilməsi təşəbbüsünü deyil, ümumilikdə yumşalmaqds olan İsrail-ərəb münasibətlərini tormozladı. Artıq bu mövzular gündəlikdən çıxdı deyə bilərik. Fikrimcə İranın da məqsədi məhz bu idi ki, İsrailə qarşı kin, kudurət və düşmənçilik davam etsin”.

Anar Əliyev
Xəbəri paylaş