Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin təməlini qoyduğu qadın siyasəti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Heydər Əliyevin təməlini qoyduğu qadın siyasəti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir


Bütün sahələrdə olduğu kimi, Azərbaycanın ictimai-siyasi həyatında da qadınların rolu mövcuddur və bu rol təqdirəlayiqdir. Məhz dövlətin, şəxsən dövlət başçısının qadınların ictimai-siyasi həyatda aktivliyinin daha da artırılması məqsədilə atdığı addımların, yaratdığı şəraitin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan qadını mərkəzi və yerli icra hakimiyyətlərində, qanunverici orqanda layiqli şəkildə təmsil olunur. Elə Milli Məclisin deputatı Jalə Əhmədova da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, millət vəkili deyib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu qadın siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, Azərbaycan qadınlarının sevimlisi və özləri üçün nümunə hesab etdikləri, böyük hörmət və ehtiram bəslədikləri Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın geniş fəaliyyəti qadınlarımıza əlavə ruh verir, onları daha da stimullaşdırır:

“Mehriban xanımın gerçəkləşdirdiyi saysız-hesabsız layihələr, humanistlik, xeyriyyəçilik fəaliyyəti beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır”.

Anar Əliyev
Xəbəri paylaş