Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail-HƏMAS müharibəsinin alovlarının daha geniş areala yayılması mümkündür

İsrail-HƏMAS müharibəsinin alovlarının daha geniş areala yayılması mümkündür


HƏMAS-ın İsrailə hücumundan sonra Təl-Əvivin Qəzzada genişmiqyaslı əməliyyatlar həyata keçirməsinə bir sıra müsəlman ölkələrinin sərt reaksiya bildirməsi belə bir ehtimal yaradıb ki, HƏMAS-İsrail qarşıdurması digər regionlara da yayıla bilər.

Newscenter.az-ın xəbərinə görə, AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu hesab edir ki, İsrail-HƏMAS müharibəsinin alovlarının daha geniş areala yayılması mümkündür. AMİP funksionerinin qənaətincə, xüsusən də qızışdırıcı, təhriki rol oynayan və təşkilatı silahlsnfıran İranla da haqq hesab sorulsun:

"Bunun işartıları görünməkdədir. Livanda iranyönlü Hizbullahın və Yəməndə Husilərin Qərbi hədələməsi təsadüfi sayılmamalıdır. Məncə İsrail təhlükəsizliyini tam təmin etmək üçün ciddi təhlükə mənbələrindən biri olan HƏMAS-ın varlığına soy qoymalıdır".

Əli Oruclu deyib ki, avantüra bölgə xalqlarına faciə və dəhşətdən başqa heç nə verməyib:

"Yeri gəlmişkən Azərbaycan çətin seçim qarşısında olsa da, milli və dövlətçilik maraqlarından çıxış etməli müttəfiqlik və tərəfdaşlığı münasibətlərinə sadiq qalmalıdır. İsrail Azərbaycanın ən yaxın müttəfiqi və tərəfdaşı, dostudur".

Anar Əliyev
Xəbəri paylaş