
İsrail Qəzzanı artıq dənizdən də vurmağa başlayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus hücum katerləri Aralıq dənizi sahilindən Qəzza zolağının mərkəzi hissələrini və Xan Yunus şəhəri sahilindəki yaşayış məntəqələrinə zərbələr endirib.
İsrail döyüş təyyarələri isə Qəzza zolağına gecə boyu fasiləsiz hava hücumlarını davam etdirib. İnsan tələfatı, yaralananlar və maddi ziyanla bağlı hələlik heç bir açıqlama verilməyib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın İsraili raket atəşinə tutması və nəticədə yüzlərlə israiliinin həlak olmasına cavab olaraq Təl-Əviv HƏMAS-a qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.
Anar TAĞIYEV












































