Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kuzey Kıbrıs BMT ilə razılaşma əldə etdi

Kuzey Kıbrıs BMT ilə razılaşma əldə etdi


Bir müddət əvvəl BMT-nin Sülhyaratma Qüvvələri ilə Şimali Kipr arasında yaranmış insdentə son qoyulub.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu barədə məlumatı Şimali Kipr Türk Respublikasının (ŞKTR) Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Sülhyaratma Qüvvələri ilə aparılan danışıqlar nəticəsində Pile-Yiğitler yolunun tikintisi ilə bağlı razılıq əldə edilib. Açıqlamada, yol tikintisinin ən qısa zamanda tamamlanacağı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Pile-Yiğitler yolunun tikintisini həyata keçirən Şimali Kiprin yol təsərrüfatə işçilırinə BMT-nin Sülhyaratma Qüvvələri maneçilik törətmiş və nəticədə tərəflər arasında insdent yaranmışdı.

Mehman Mehdiyev
Xəbəri paylaş