Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nigerdə ​​yerləşən fransız əsgərləri ölkəni tərk edir

Nigerdə ​​yerləşən fransız əsgərləri ölkəni tərk edir


Niger ərazisində yerləşdirilən fransız hərbiçilərin ölkədən çıxarılmasına başlanılıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Nigerin Hərbi hökumətinin rəsmiləri açıqlayıb.

Açıqlamada bildirilib ki, bu gündən etibarən Niger təhlükəsizlik qüvvələrinin nəzarəti altında ərazilərdə yerləşdirilən ilk fransız əsgəri qrupu ölkəni tərk etməyə başlayıb. Nigerdə ​​yerləşdirilən təxminən 1400 fransız əsgərindən 400-nün ilkin olaraq ölkəni tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, iyulun 26-da Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbi hökumət Fransa ilə bütün hərbi müqavilələrə xitam verib və fransız əsgərlərinin ölkəni tərk etməsini tələb edib. Bu tələbdən sonra Fransa ilin sonuna qədər qoşunlarını geri çəkəcəyini bildirib.

Anar TAGİYEV
Xəbəri paylaş