Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Hindistan və Efiopiyaya səfər təyin edib

Prezident Hindistan və Efiopiyaya səfər təyin edib


Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Newscenter-az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

XXX

Dövlət başçısının digər sərəncamı ilə Ruslan Rafael oğlu Nəsibov Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin başqa bir sərəncamı ilə Əşrəf Şıxəliyev səfir vəzifəsindən geri çağırılıb
Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Sevinc Mehdiyeva
Xəbəri paylaş