Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda keçirilən lokal anti-terror əməliyyatları həm də nəzarətsiz zonanın mövcudluğuna son qoydu

Qarabağda keçirilən lokal anti-terror əməliyyatları həm də nəzarətsiz zonanın mövcudluğuna son qoydu


"Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Qarabağın bir terrorçu və separatizm yuvası kimi mövcudluğuna soy qoysa da, aşkarlanan yeni faktlar, narkotika plantasiyaları bir daha bu ərazilərin region və dünya üçün nə qədər təhlükə mənbəyi olduğunu ortaya qoydu. Azərbaycanın hərbi əməliyyatlarına bəraət qazandıran əsas amil məhz öz ərazisində separatizmə son qoymaq və terrorçuları qanuna təslim etmək olmuşdur. 44 günlük vətən müharibəsi və lokal xarakterli əməliyyatlar torpaqlarımızda separatizmin sonunu gətirməklə nəzarətsiz zonaların (uncontrolled zone) nə qədər təhlükəli olduğunu bir daha ortaya qoydu".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, əslində 30 illik işğal dövründə Qarabağın bir nəzarətsiz zona kimi (uncontrolled zone) narko-ticarətin, narkotiklərin becərilməsi məkanı olduğunu dünyaya çatdırmaq üçün davamlı məlumatlandırma aparılmışdır:

"Qarabağda illərdir mövcud olan separatçı rejim məhz narkotiklərin əkini və satışı, silah ticarəti, çirkli pulların yuyulması vasitəsi ilə öz mövcudluğunu qoruyub saxlamağa çalışmış, ona görə də Ermənistan dövləti başda olmaqla bir sıra regional dövlətlər belə bir nəzarətsiz zonanın olmasında maraqlı olmuşlar. Qarabağda mövcud olan separatçı rejim nəinki belə qanunsuz fəaliyyətlərdən yararlanaraq öz mövcudluğunu qoruyub saxlamağa çalışmışdır, eyni zamanda terrorçuluq, silah və narkotiklərin ixracını da bu illər ərzində genişləndirmişdir".

Vüqar Əhmədov qeyd edib ki, istənilən dövlətin ərazisində nəzarətsiz zonaların (uncontrolled zone) olması həm bu dövlətin özü, həm də qlobal miqyasda böyük təhdidlər yaradır və hər bir hüquqi dövlətin üzərinə düşən ən birici vəzifələrdən biri məhz belə nəzarətsiz zonaların mövcudluğuna son qoymaq və orada qanunçuluğu bərqərar etməkdir:

"Onu da qeyd etmək lazımdır ki, nəzarətsiz zona anlayışı beynəlxalq ictimaiyyətdə məhz Qarabağın işğalı faktı ilə daha çox gündəmə gəlmişdir və bu gün azad olunmuş Qarabağ ərazisində aşkarlanan qanunsuzluqlar (narkotiklərin becərilməsi, silah ticarəti, insan alveri və çirkli pulların yuyulması) bunun nə qədər doğru olduğunu bir daha ortaya qoymuş oldu.

19-20 Sentyabr tarixində Azərbaycanın apardığı lokal xarakterli anti-terror əməliyyatı da məhz öz ərazisində mövcud olan nəzarətsiz zonanın ləğv olunması idi. Laçın buraxılış məntəqəsinin quraşdırılması ilə başlanan proses məhz Azərbaycanın artıq öz ərazisində bütün nöqtələrə tam nəzarət etməsi əməliyyatı ilə başa çatdı. Bütün bunları həyata keçirməklə Azərbaycan dövləti nəinki öz ərazisi üçün mövcud olan əsas təhlükəni aradan qaldırdı, eyni zamanda dünyanın digər qitələrində terrorçuluqla amansız mübarizəni stimullaşdırmış oldu. Azərbaycan qlobal miqyasda terrorçuluq və ektremizm meylləri ilə mübarizədə öz dəstəyini əsirgəmədiyi kimi, dünyanın aparıcı dövlətləri də Azərbaycanın haqq işində öz dəstəyini göstərməlidir".

Anar Əliyev
Xəbəri paylaş