Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial sığorta haqları üzrə daxilolmalar artıb

Sosial sığorta haqları üzrə daxilolmalar artıb


2023-cü ilin yanvar-sentyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,7 milyard manatdan çox olub.

Newscenter.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz və ya 462,4 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 2,4 milyard manat təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz artıb və 132,8 milyon manat olub. Öz növbəsində qeyri-büdcə təşkilatları üzrə daxilolmalar da 15,1 faiz artaraq 98,2 milyon manata çatıb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artıb və 683 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17 faiz artaraq 480,9 milyon manat təşkil edib.

Sona
Xəbəri paylaş