Erməni əhalinin ərazidən mütəşəkkil şəkildə çıxmasından sonra rus sülhməramlı adlı kontingentinə ehtiyac qalmadığı
rusların özləri tərəfindən də etiraf edilir. Amma bu, o demək deyildir ki, ruslar reallıqla barışmaq istəyirlər və ərazidən öz qoşunlarını çıxarmaq istəyirlər. Rus rəsmilərinin dillərindən başqa adla ərazidə qalmağa razılıq üçün Azərbaycanla danışıq aparılması istəkləri də eşitdirilir.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Politoloq hesab edir ki, Rusiyanın bu istəyinin kökündə nə dayandığı bəllidir:
"Azərbaycan ərazisində hər hansı adla hərbi kontingent saxlamaq və təzyiq vasitəsi kimi lazımı məqamlarda istifadə etmək".
Azər Qasımov deyib ki, sülhməramlıların postlarının bir neçəsinin götürülməsi məcburi reallıqdır, çünki həmin ərazilərdə ümumiyyətlə əhali yoxdur:
"Həm də həmin ərazidə gələcəkdə erməni əhali yerləşdirmə ehtimalı da yoxdur. Amma digər ərazilərdə isə hələ ki, ruslar ümid edir ki, gedən ermənilərin bir hissəsi geri qayıdacaq və onlar yenə də bundan bəhanə kimi istifadə edib ərazidə qalacaqlar".
Anar Əliyev