Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan mövqeyini qətiləşdirməlidir

Ermənistan mövqeyini qətiləşdirməlidir



Ermənistan hələ də nə etdiyini, hansı istiqamətə tərəf gedəcəyini bilmir. Bir tərəfdən sülhdən, regional əməkdaşlıqdan danışır, digər tərəfdən ənənəvi xislətinə sadiq qalaraq silahlanır, revanşizmə meyillənir. Elə Tehranda Cənubi Qafqazın gələcəyinə dair 3+3 formatında görüşün keçirildiyi saatlarda Ermənistanın müdafiə nazirinin fransalı həmkarı ilə hərbi əməkdaşlığa dair sənəd imzalaması da bird aha onu deməyə əsas verir ki, İrəvan heç bir halda sülhdən yana deyil və onun yeganə və əbədəi məqsədi işğalçılıq, təcavüzkarlıqdır. Elə AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, AMİP funksioneri deyib ki, Ermənistan bir tərəfdə 3+3 formatında xarici işlər naziri səviyyəsində iştirak edir, digər tərəfdə bu ölkənin müdafiə naziri Parisdə silahlanma barədə danışıqlar aparır:

“Demək Ermənistan heç də 3+3 formatına ümid etmir və bunu perspektivli saymır”.

Əli Oruclu hesab edir ki, platforma və ideya region, region ölkələri üçün vacibdir:

“Lakin hələ bu ilkdir və tam pozitiv nəticə çıxarılması üçün tezdir. Təşəbbüs başlayıb, növbəti görüş gələn il Türkiyədə keçiriləcək. Həmin vaxtadək Ermənistan və Gürcüstan mövqelərini qətiləşdirməlidir”

Anar Əliyev
Xəbəri paylaş