"Fransanın Ermənistana silah satması regionda sabitliyə və təhlükəsizliyə qarşı çox ciddi təhdid yaradır. Hazırda Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamaqdan başqa yolunun qalmadığı vaxtda Fransanın Ermənistana müdafiə tipli silahları satmasının başqa izahı yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Əlabbas Məhərrəmli səsləndirib. Ekspertin sözlərinə görə, o da ola bilər ki, Azərbaycanın qəti qələbəsindən sonra Ermənistanın havadarlarının Zəngəzur dəhlizinin açılması ilə bağlı qorxuları bu qərarın verilməsini şərtləndirib:
"İstənilən halda məğlub Ermənistanın büdcəsi və onun döyüş qabiliyyətini itirmiş ordusunun vəziyyəti hər hansı silahla artan, bərpa olunan deyil".
Əlabbas Məhərrəmli qeyd edib ki, Azərbaycanın qalib ordusu isə ən müasir silahlarla təchiz edilib, bundan sonra da ediləcək:
"Eyni zamanda, Azərbaycanın qüdrətli ordulara malik müttəfiqlərinin olduğunu da heç kim unutmamlıdır".
Anar Əliyev[b][/b]