İsrailin Qəzzada günlərdir davam edən əməliyyatına qarşı etirazlar davam edir.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, hollandiyalı aktyorlar da İsrailə qarşı etiraza qalxıblar.
Belə ki, Hollandiyada minə yaxın aktyor və kinorejissor hökuməti oktyabrın 8-dən Qəzza zolağına ölüm yağışı yağdıran İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Həmçinin Hollandiyada kino sənayesinin nümayəndələri hökuməti Fələstində soyqırımı dayandırmağa çağırıb.
Etirazçılar Hollandiya hökumətini Avropa İttifaqı (Aİ) ilə birlikdə İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Mehman Mehdiyev