İsrail oktyabrın 7-dən Qəzzaya həyata keçirdiyi raket və aviazərbələr zamanı atom bombası gücü qədər partlayıcılardan istifadə edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu müddət ərzində Qəzzaya 12 min tondan çox partlayıcı atılıb. Bu isə hər kvadrat kilometrə təxminən 33 ton partlayıcının düşdüyü deməkdir.
İsrailin indiyə qədər Qəzzada istifadə etdiyi partlayıcıların miqdarının, İkinci Dünya Müharibəsində ABŞ-ın Yaponiyanın Xirosima vilayətinə atdığı atom bombasının gücünə bərabər olduğu bildirilir.
Mehman Mehdiyev