“Azərbaycan-İtaliya Birgə Təlim Proqramı” çərçivəsində noyabr ayının 7-dən 10-dək Şamaxı rayonunda aqronom və fermerlər üçün xüsusi təlimlər keçiriləcək. Təlim proqramının əsas məqsədi meyvə təsərrüfatlarında risklərin idarə edilməsi üsulları haqqında fermerlərlə beynəlxalq təcrübəni paylaşmaqdır.
Newscenter.az xəbər verir ki, nəzəri və praktiki mövzuları əhatə edən xüsusi təlim modulu İtaliyanın ixtisaslaşmış tingçilik, meyvə-tərəvəz məhsullarının çeşidləmə-qablaşdırılması və suvarma texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan olan “Battistini vivai”, “Sorma Group” və “Future L’irrigazione” şirkətlərinin və Boloniya Universitetinin mütəxəssislərindən ibarət işçi heyət tərəfindən hazırlanıb.
Təlim gilas, şaftalı, nektarin və əriyin yeni sortları, becərilmə qaydaları, innovativ aqrotexniki qulluq, müasir suvarma sistemləri və digər mövzuları əhatə edir. Fermerlərin tələbləri nəzərə alınaraq əsas təlim modulları xəstəlik və zərərvericilərlə mübarizə, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin düzgün tətbiqinə həsr olunub. Bunlarla yanaşı, torpaqdan davamlı istifadə qaydaları, suvarma sistemləri və bitkilərin su tələbinin hesablanması, texnikalardan düzgün istifadə qaydaları, budama və digər tədbirlər haqqında fermerlərə ətraflı məlumat veriləcək.
Təlimlər hər gün 5 saat olmaqla 4 gün davam edəcək. Nəzəri təlimlərin Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Üzüm Tingçilik Mərkəzində, praktiki təlimlərin isə fermerlərin təsərrüfat sahələrində keçirilməsi nəzərdə tutulur.
Sona