Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türk-Tarım Orman Sen” həmkarlar ittifaqının nümayəndə heyəti azərbaycanlı həmkarları ilə görüş keçirib

“Türk-Tarım Orman Sen” həmkarlar ittifaqının nümayəndə heyəti azərbaycanlı həmkarları ilə görüş keçirib


Azərbaycanda səfərdə olan “Türk-Tarım Orman Sen” həmkarlar ittifaqının nümayəndə heyəti Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşdə çıxış edən Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fuad Məmmədov iki qardaş ölkənin kənd təsərrüfatı üzrə həmkarlar komitələrinin sıx əməkdaşlıq etdiyini bildirib. Bu ilin aprelində “Türk-Tarım Orman Sen” ilə əməkdaşlıq müqaviləsi imzaladıqlarını xatırladan Fuad Məmmədov ötən qısa müddət ərzində əməkdaşlığın genişləndirilməsi üçün xeyli iş görüldüyünü vurğulayıb. Hər iki ictimai birliyin xüsusilə təcrübə mübadiləsi aparmaqda maraqlı olduğunu deyən natiq bu gün keçirilən görüşdə həyata keçiriləcək birgə layihələrin müzakirə olunacağını deyib.

“Türk-Tarım Orman Sen” həmkarlar ittifaqının rəhbəri Əhməd Dəmirçi Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən kənd təsərrüfatı sahəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini deyib. O bildirib ki, iki ölkənin aqrar sahə üzrə ixtisaslaşmış həmkarlar ittifaqlarının əməkdaşlıq perspektivləri böyükdür, Azərbaycana səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyində bu perspektivlərin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Tədbirdə çıxış edən “Türk-Tarım Orman Sen” həmkarlar ittifaqı sədrinin müavinləri Gürkan Bozqurd və Hasan Nuri Akça Türkiyədə həmkarlar ittifaqlarının ölkənin həyatında oynadığı rol, ictimai qurumun fəaliyyət prinsipləri barədə geniş məlumat veriblər.

Qeyd edək ki, “Türk-Tarım Orman Sen” həmkarlar ittifaqının nümayəndə heyətinin Azərbaycana səfəri bir həftə davam edəcək. Nümayəndə heyəti səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarında, Elmi Tədqiqat İnstitutlarında görüşlər keçirəcək, nümunəvi təsərrüfatlarla tanış olacaqlar.

Sona
Xəbəri paylaş