Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Allahşükür Paşazadə BƏƏ-yə gedir

Allahşükür Paşazadə BƏƏ-yə gedir


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 4-də Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşür.

Bu barədə Newscenter.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd Müsəlman Ağsaqqalları Şurası, Vatikan və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində COP 28-in (BMT İqlim Dəyişikliyi Konfransı) konfransında iştirak etməkdir. Noyabrın 6-7-də Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçiriləcək konfransın mövzusu “Vicdani birlik: Planetar dirçəliş naminə dini liderlərin həmrəyliyi”dir.

COP 28 ərəfəsində siyasi liderlərin qatıldığı bu tədbirdə iqlim böhranı və bəşəriyyətin üzləşdiyi digər qlobal problemləri müzakirə etmək üçün, ilk dəfə olaraq, dünyanın dini liderləri iştirak edəcəklər. Konfrans iqlim böhranının mənəvi baxımdan dəyərləndirilməsinə, eləcə də ümumi evimiz olan Yer planetinin qorunması, xilas edilməsi üçün müxtəlif dinlərin ortaq məsuliyyətinin nümayiş etdirilməsi məsələlərinə həsr olunmuşdur. QMİ sədri tədbirdə məruzə ilə çıxış edəcək. O, öz məruzəsində 30 ilə yaxın erməni işğalı dövründə Azərbaycan ərazilərində törədilmiş ekoloji cinayətlərdən, torpaqların yandırılması, su hövzələrinin çirkləndirilməsi və digər vandalizm aktları məsələlərinə toxunacaq.

COP 28-in BƏƏ sədrliyi ilə baş tutan bu tədbiri çərçivəsində A.Paşazadənin nüfuzlu dini liderlərlə görüşləri nəzərdə tutulur.

Mehman Mehdiyev
Xəbəri paylaş