"Bu günlər bir-birinin ardınca fəxrlə, qürurla yaşadığımız Zəfər, Dövlət Bayrağı və müstəqil Azərbaycanın Konstitusiya Günü bayramlarının mənbəyində Ümummilli Lider Heydər Əliyevin siyasəti dayanır".
Newscenter.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan "Heydər Əliyev-100: Milli-mənəvi dəyərlərimiz" adlı konfransda çıxışı zamanı deyib.
QMİ sədrinin sözlərinə görə, Qarabağ zəfəri Ulu Öndərin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin şah əsəridir: "Xankəndində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qəbul etdiyi tarixi hərbi keçid iftixar mənbəyimizdir".
O qeyd edib ki, ölkə həyatının bütün sahələrində təməli Heydər Əliyev tərəfindən qoyulmuş nəhəng işlərin bəhrələri bu gün Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına xidmət edir: "Dindarlar, bünövrəsi Ulu Öndər tərəfindən qoyulan, Azərbaycan xalqının gələcəyi və rifahı naminə uğurla davam etdirilən dövlət siyasətini bəyənir və dəstəkləyir".
Mehman Mehdiyev