"Azərbaycanın Fransadakı səfirliyinin iki diplomatına, Fransa hökuməti tərəfindən persona non qrata elan olunması, bir daha Parisin ölkəmizə qarşı pozuculuq siyasətini davam etdirməsini göstərir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Fransanın bu addımını ölkəmizə qarşı cavab olaraq qiymətləndirmək olar:
"Xatırlayırsınızsa, Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşı diplomatik statusa uyğun gəlməyən və Diplomatik Münasibətlər haqqında 1961-il Vyana Konvensiyası çərçivəsindən kənara çıxdıqları üçün rəsmi Bakı hər iki səfirlik əməkdaşları haqqında persona non qrata elan etmişdir. Fransanın bizim ölkəmizin diplomatları ilə bağlı atdığı addım bizə qarşı cavab kimi qəbul edilməlidir".
Ekspert deyib ki, Fransa prezidenti Emmanuel Makron heç bir zaman ermənipərəst mövqeyini gizlətməyib və hər zaman Ermənistanın yanında olduğunu bildirib%
"Bu vəziyyət indi də davam edir və Fransanın ölkəmizə qarşı apardığı bütün çirkin planların və siyasətin nəticəsidir ki, bu gün baş verənlər də o siyasətdən qaynaqlanır. Bütün istiqamətlərdə Makronun Ermənistana verdiyi dəstəyin tərkibində, ölkəmizə qarşı qərəz və pozuculuq siyasəti dayanıb. Doğrudan da Makronun bu kimi siyasətindən dolayı, Fransa öz nüfuzunu, ciddiliyini itirib. Əvvəlki tək insan haqları, demokratiya və söz azadlığı uğrunda apardığı siyasəti məhz Makronun sayəsində uğursuzluğa məruz qalır və Fransa adına bir simasızlıq formalaşmaqdadır. Makaronun Cənubi Qafqaz siyasətində də vəziyyəti ağırlaşdırmaq və gərginlik yaratmaq cəhdləri var və bu səbəbdən Fransanın Azərbaycana qarşı növbəti addımı da təxribat xarakterlidir və bununla Azərbaycana təzyiq göstərmək mümkün deyil".
Anar Əliyev