Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistanda Yeni il şənlikləri qadağan edilib

Pakistanda Yeni il şənlikləri qadağan edilib


Pakistanda Fələstin xalqına həmrəylik məqsədilə Yeni il şənlikləri qadağan edilib.

Newscenter.az Sputnik Armeniyaya istinadən bildirir ki. bu barədə Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar qərar qəbul edib.

"Fələstin xalqı acınacaqlı vəziyyətdədir. Buna görə də vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün mərasimləri qadağan etmək qərarına gəlib. Mən bütün pakistanlıları məzlum fələstinlilərlə həmrəylik nümayiş etdirməyə çağırıram",-deyə baş nazirin imzaladığı sənəddə qeyd edilir.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl BƏƏ-nin Şarja şəhəri Fələstinlə həmrəylik şərəfinə Yeni il şənliklərinin keçirilməsinə qadağa qoyulduğunu elan edib.

Anar Əliyev
Xəbəri paylaş