Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qüdsdə erməni rahiblər yaralanıb

Qüdsdə erməni rahiblər yaralanıb


Qüdsün erməni məhəlləsinin “Koveru Partez” ərazisinə silahlı basqın olub.

Newscenter.az "Sputnik Armeniya"ya istinadən bildirir ki, basqın nəticəsində erməni rahiblər və erməni icmasının nümayəndələri yaralanıb. Bundan başqa qarşıdurmada iştirak edən erməni icmasından ikisi gənc olmaqla 6 nəfər polisə gətirilib.

Qüdsün erməni icmasının nümayəndəsi, Sedrak Balyan deyib ki, 30-dan çox silahlı maskalı şəxs “Koveru Partez” ərazisinə soxulub, qəsəbədəki iaşə obyektlərinə zərər vurub.

Anar Əliyev
Xəbəri paylaş