"Azərbaycanın Əfqanıstanda diplomatik missiyası fəaliyyətə başlayacaq".
Newscenter.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, gələn il müxtəlif ölkələrdə Azərbaycanın yeni diplomatik nümayəndəliklərinin açılması gözlənilir.
O bildirib ki, bu istiqamətdə işlər davam edir: "Tailanda, Omanda, Əfqanıstanda diplomatik missiyalarımız fəaliyyətə başlayacaq. Bu, qarşıdakı aylarda ola bilər".
Mehman Mehdiyev