Qırğızıstanda İslam Akademiyası yaradılacaq.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, bununla bağlı prezident Sadır Cəfərov fərman imzalayıb.
Dövlət başçısının imzaladığı fərmana əsasən, İslam Akademiyası Qırğızıstanın Tokmok şəhərində yaradılacaq. Bu məqsədlə 2 hektar torpaq sahəsi ayrılıb.
Təhsil müəssisəsi ilahiyyat təhsili sistemini təkmilləşdirmək, yüksək ixtisaslı kadrlar hazırlamaq və təhsil xidmətlərinin qlobal rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.
İlkin olaraq Akademiyada 200 nəfər təhsil alacaq.
Anar TAĞIYEV