Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zərdüşt peyğəmbər və erməni oğurluğu

Zərdüşt peyğəmbər və erməni oğurluğu


Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində Şıx Dursun adlı balaca bir kənd var. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Sıxtoraşen (erm. "sarımsaqlı kənd") adlandırmışdılar. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sıxtoraşen kəndi Şıx Dursun kəndi adlandırılmışdır. Kənd Şeyx Dursun adlı şəxsin adını daşıyır. 19 sentyabr 2023-cü ildə kənd erməni işğalından azad edilib. Bu kəndin ərazisi balaca olsa burada qədim Çinar ağacı var. Boşluq sahəsi 44 kv.m. Ağac boşluğunun perimetri 27 metr, hündürlüyü 54 metrdir. Nəhəng ağacın kölgəsi 1400 kv.metdiri. Ağacın yarpaqları 0,5 m-ə çatır. Ölçüsü Egey dənizindəki Kos adasındakı məşhur ağacları və Aşqabad yaxınlığındakı Piruz dərəsinin ağaclarını üstələyir.

Bu heyrətamiz ağacın bir neçə qapısı var. Ata minən şəxs isə mərkəzi girişdən rahatlıqla oraya daxil ola bilər. Və ümumilikdə, eyni anda ağacın içərisinə çoxlu insan sığa bilər.

Ermənilər işğal dövründə bu ağacın kökündən aparıb Ermənistanın 15 ərazisində əksələr də, qısa zamana qurumuşdur. Bu ağac yalnız Qarabağada, Şıx Dursun kəndində həmişəyaşıl qalıb.

Dünyanın ən yaşlı ağaclarından biri sayılan ağac, kənddəki "Çinar müqəddəs yer" abidə kompleksi ərazisindədir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir. Mütəxəssislərin dediyinə görə, nəhəng ağac hər gün 4,5 ton su udur.Əsrlər boyu bulaq yerli sakinlərin və yoldan keçənlərin susuzluğunu yatırmış, çinarın ətrafındakı tut bağını, ərazidəki bütün ağacları suvarmışdır.

Qeyd edim ki, İqlim dəyişikliyi səbəbindən illər ərzində bir çox ağac növlərinin nəsli kəsilib, lakin çox sayda ağac növləri sağ qalıb və bu gün də böyüyür. Bir ağacın neçə yaşı olduğunu dəqiq öyrənmək çətindir, çünki bunun üçün bir çox fərqli amillər var. Lakin bəziləri 2 min, bəziləri 2500 yaşı olduğunu deyirlər. Bəzi qaynaqlarda 2800 yaşı olması da yazılır. Hazırda keçmiş sovetlər ölkəsinin ən qədim ağacı sayılır.

Azərbaycan xalq folklorunda qeyd edilir ki, bu ağacın bir budağını belə qoparıb odun kimi istifadə eləsən 7 gün çəkməz ölərsən.

Ermənilər sosial mediada və mətbuatda illərdir iddia edirlər ki, guya bu ağacı uydurma böyük ermənistanın qurucusu Tiqran əkib, bəzi ermənilər isə bunun V əsrdə Mesrop Maştots, Movses Xorenatsi, bəziləri də 7-ci əsrdə Movses Kalankatutsi əkib deyə iddia edirlər. Dəqiq ermənilər arasında bu barədə ortaq fikri yoxdur, çünki saxta tarixçiləri yazanda ağıllarına gələni yazırlar.

Bunu araşdıranda daha maraqlı bir məlumata rast gəldim. Azərbaycanlı Zərdüşütün Aralıq dənizi yaxınlğında olan qədim Sarv-e Abarkuh adlı ağac əkdiyi barədə bir çox tarixçilər yazırlar və və təxminən 4500 yaşı olduğu güman edilir. Ağac bütün dünyada diqqəti cəlb edib.

Zərdüştün Suraxanı rayon ərazisində yerləşən ən qədim ibadətgahlardan olan Atəşgahda 4 sərv ağacı əkdiyi də qaynaqlarda yazılır. Ərəblər Azərbaycanı işğal edəndə bu dörd ağacı çıxarıb özləri ilə birlikdə Bağdada aparıblar.
Zərdüşt ağac əkilməsinə önəm verirdi. Onun görüşlərində ağac və onların çiçəyi uğur, xoşbəxtlik və səadət hesab edilirdi. Buna görə bu ağacın Zərdüşt tərəfindən əkilməsinə əmin olmaq olar. Çünki tarixin bütün sınaqlarından, təbiət hadisələri və iqlimlə bağlı minlərlə ağac yox olub, ancaq Zərdüşt əkən Sarv-e Abarkuh və Şıx Dursunda olan Çinar ağacı salamat gəlib bu dövrə. Zərdüşt dövründən isə düz XVII əsrə qədər ermənilər bu coğrafiyada yaşamayıblar və bunu sübut edəcək minlərlə yerli və xarici faktlar var. Ermənilər həyasızcasına hər şeyi özükünləşdirikləri kimi dünyanın ən qədim Çinar ağacını da öz adlarına oğurlayıblar. Lakin əlahəzrət fakt və qaynaqlar sübut edir ki, bu ağac Qarabağda, Azərbaycanlılar yaşayan torpaqlara və xalqa məxsusdur.

Zaur Aliyev, dosent
Xəbəri paylaş