"Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanın bütün parametrlər üzrə regionun aparıcı gücü olması dövlətimizin beynəlxalq təşkilatlarla da, münasibətlərində fəal rol oyanır. Bu gün rəsmi Bakı BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və onlar Azərbaycanla münasibətləri inkişaf etdirməyə xüsusi diqqət ayırırlar. Beynəlxalq əhəmiyyətli tədbirlərin məkanı kimi xarakterizə olunan paytaxtımız Qlobal Forumuna ev sahibliyi etməklə növbəti dəfə diqqət mərkəzində oldu".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə Qlobal Bakı Forumunun əhəmiyyətindən danışarkən səsləndirib. O bildirib ki, "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu müxtəlif məsələlərin müzakirə olunduğu mühüm bir platformadır:
"Müzakirə olunan mövzular siyahısına baxdıqda görürük ki, Bakı Forumu hər zaman mühüm platforma olaraq qalacaq və yeni ideyaların, təşəbbüslərin yaranmasına tövhə verəcək".
Süleyman