"Bələdiyyələrin heç olmasa öz səlahiyyətlərini doğru düzgün icra etməsinə, icra hakimiyyətlərindən bilavasitə asılı olmadan fəaliyyət göstərməsinə imkan yaradılmalıdır".
Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, demokratik cəmiyyətlərdə bələdiyyə seçkiləri parlament seçkiləri qədər önəm kəsb edir və seçki aktivliyi daha yüksək müşahidə olunur:
"Növbədənkənar parlament seçkilərinin gündəlikdə olmadığı qənaətində olsam da, partiyanın bununla bağlı hazırlıqlar gördüyü barədə deyə bilərəm. Əslində partiyalar həmişə formada və hazırlıqlı olmalıdır. Bütün sitiuasiyalar və ehtimallar diqqətə alınmalıdır".
Süleyman