Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makron hakimiyyətinin zərərli fəaliyyəti təkcə Cənubi Qafqazla yekunlaşmır

Makron hakimiyyətinin zərərli fəaliyyəti təkcə Cənubi Qafqazla yekunlaşmır


"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlmiş prosesin ləngiməsinin və İrəvanın fasiləsiz olaraq süni əngəllərlə problemlər yaratmasının mənbəyinin Fransa olduğu bəllidir. Məhz Fransa hazırda Cənubi Qafqazda yeni gərginliyin yaranmasının səbəbkarı, növbəti qarşıdurmanın və hətta mümkün hərbi əməliyyatın təkanverici qüvvəsi rolunda çıxış edir".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, öz Cənubi Qafqaz maraqlarını təmin etmək üçün Ermənistandan alət kimi istifadə edən Fransa istənilən avantyuraya hazırdır:

"Fransa regionda möhkəmlənməklə ermənilər vasitəsilə Azərbaycana və Türkiyəyə fasiləsiz təzyiqlər göstərmək, regional qüvvələr balansına təsir etmək fikrindədir.

Mütəmadi olaraq beynəlxaq qurumlarda “Azərbaycan hərbi əməliyyatlar keçirməyə hazırlaşır” tipli bəyanatlar verərək bölgədə süni gərginlik yaratmağa çalışan Fransa Azərbaycan ordusunun reallaşdırdığı lokal antiterror tədbirlərindən sonra rəsmi Bakının tamamən dəyişdiyi lokal geosiyasi reallıqları dəyişmək, bölgənin yeni geosiyasi vəziyyət yaratmaq və Cənubi Qafqazda Avropa İttifaqının lider ölkəsi mövqeyinə yiyələnmək üçün dəridən qabıqdan çıxır. Bundan başqa, Fransa öz fəaliyyəti ilə Rusiyanı da faktiki olaraq Ermənistana qarşı hərəkətə keçməyə təhrik edir".

Politoloq deyib ki, Makron hakimiyyətinin bu cür zərərli fəaliyyəti təkcə Cənubi Qafqazla yekunlaşmır:

"Makron eyni məsuliyyətsiz davranışı Rusiya Ukrayna müharibəsində də sərgiləyir. Ukraynaya faktiki olaraq kömək etməyən, Avropa İttifaqı ölkələri içərisində Ukraynaya verilən dəstəyin həcminə görə 14-cü yerdə olan bir ölkə “Avropa Ukraynaya qoşun göndərməlidir” kimi bəyanatlarla faktiki olaraq Ukraynanı da uçuruma yuvarlamaq siyasəti aparır. Makron Rusiyanın Ukrayna bataqlığında ilişib qalmasını və bununla da Cənubi Qafqaza fokuslaşmasının qarşısını almaq istəyir".

Yusif Bağırzadənin sözlərinə görə, bu isə o anlama gəlir ki, Fransanı Ukraynanın və ya Ermənistanın plasdarm olaraq döyüş meydanı olması və bununla da xeyli itkilərlə üzləşəcəyi maraqlandırmır. Əsas odur ki, özünün maraqları təmin olunmuş olsun:

"Ermənistanla Azərbaycan arasında, eləcə də Ermənistanla Türkiyə arasında əlavə gərginlik yaratmağın Ermənistanı məhvə aparacağı isə şübhəszidir".

Süleyman
Xəbəri paylaş