Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbədənkənar parlament seçkiləri gündəlikdədir?

Növbədənkənar parlament seçkiləri gündəlikdədir?


"Növədənkənar prezident seçkilərindən sonra ölkədə bu il parlament seçkilərinin keçiriləcəyi barədə iddialar səsləndirilsə də rəsmi dairələr həmin iddialarla bağlı aydın mövqe ortaya qoymayıblar. Mən cari ilin sonunda parlament seçkilərinin keçiriləcəyinə şübhə ilə yanaşıram".

Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O deyib ki, ötən növbədənkənar parlament seçkiləri zamanı aparılan əksər təbliğat ondan ibarət idi ki, mövcud tərkib aparılan köklü islahatlar və zamanın tələbləri ilə, həmçinin dövrün çağrışları ilə uzlaşmır, bu səbəbdən də parlament özü özünü buraxıb yeni tərkibdə formalaşdırılacaq:

"Lakin nə təbliğat, nə də gözləntilər özünü doğrultmadı. Parlamentin yeni tərkibində də, keyfiyyətində də ciddi bir dəyişiklik baş vermədi. Odur ki, hakimiyyətin 2024-cü ildə parlament seçkiləri keçirəcəyi inandırıcı deyil və bunu şərtləndirən səbəbləri də görmürəm. İlin sonuna bələdiyyə seçkiləri keçirilməlidir. Bildiyiniz kimi sonuncu bələdiyyə seçkiləri 23 dekabr 2019-cü ildə keçrilib və növbəti seçkilər də bu ilə təsadüf edir. Mənim gözləntilərim daha çox yerliözünüidarəetmə orqanları ilə bağlıdır və hesab edirəm ki, bu sahədə islahatlara, yenilənmələrə diqqət edilməlidir".


Əli Oruclu onu da deyib ki, əsas siyasi partiyaların seçki hazırlıqları deyil, indiki reallıqlarda hakimiyyətin ümumilikdə seçkilərə uzun illər ərzində formalaşmış yanaşmanın dəyişib dəyişməməməyi və psixoloji hazırlığıdır.

Süleyman
Xəbəri paylaş