Türkiyədə İŞİD terror təşkilatına qarşı antiterror əməliyyatı keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı daxili işlər naaziri Ali Yerlikaya verib. Nazir bildirib ki, ölkənin 9 şəhər və vilayətində həyata keçirilən əməliyyat zamanı terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 30 nəfər saxlanılıb.
"Bozdoğan-35" adı altında həyata keçirilən antiterror əməliyyatları Ankara, İstanbul, Adana, Diyarbəkir, Mersin, Osmaniyə və Yozqatı əhatə edib.
Bundan başqa Hatay və Kütahyada keçirilən əməliyyat zamanı isə 14 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Anar Əliyev