Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərakeşdə "Şuşa günləri" keçirilir

Mərakeşdə "Şuşa günləri" keçirilir


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə 6-7 iyun tarixləri arasında Mərakeş Krallığının Rabat şəhərində keçirilən “Şuşa günləri” çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, eləcə də Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Mərakeşin Gənclər, Mədəniyyət və Kommunikasiya naziri Məhəmməd Ben Said ilə görüşüblər.

Newscenter.az xəbər verir ki, görüş zamanı hər iki ölkə arasında mövcud olan səmimi dostluq münasibətləri, eyni zamanda inkişaf etməkdə olan mədəni əlaqələr haqqında danışılıb. İslam dünyasının 2024-cü il üçün mədəniyyət paytaxtı seçilmiş tarixi Şuşa şəhərində gerçəkləşdirilən layilələr, mədəni tədbir proqramları, bununla yanaşı, əlaqələrin gələcəkdəə daha da inkişafı barədə söhbət açılıb.

Sonda Məhəmməd Ben Saidə Şuşadan xatirə hədiyyəsi təqdim edilib.

Süleyman
Xəbəri paylaş