Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest Qətərin paytaxtı Dohada radikal Taliban hərəkatının nümayəndələri ilə bir neçə görüş keçirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
Patel aydınlaşdırıb ki, görüşlər zamanı Əfqanıstanda saxlanılan amerikalılarla bağlı məsələ də qaldırılıb:
“Xüsusi Nümayəndə Əfqanıstanda qeyri-qanuni saxlanılan ABŞ vətəndaşlarının dərhal və qeyd-şərtsiz azad edilməsini təkid edib və qeyd edib ki, bu həbslər Talibanın hökumət kimi beynəlxalq tanınmasına axtarışında mane olur”.
Mehman Mehdiyev