Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika Ukrayna ilə müharibəyə cəlb edilir

Amerika Ukrayna ilə müharibəyə cəlb edilir


ABŞ Krıma zərbələri öz silahları ilə dəstəkləməklə, faktiki olaraq Ukrayna münaqişəsinə cəlb olunur və Rusiya ilə birbaşa qarşıdurmaya sadiq olduğunu nümayiş etdirir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, Krım Respublikasından olan senator Sergey Tsekov deyib.

“Birləşmiş Ştatlar sakitləşməyəcək, onlar Ukraynada münaqişənin davam etməsini istəyir. Dünya ictimaiyyəti üçün çox təhlükəli olan Rusiyaya qarşı bu oyunu və fəaliyyəti dayandırmağın vaxtı çatacaq”, - deyə Tsekov bildirib.

Qeyd edək ki, bundan əvvəl Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə bildirib ki, ABŞ hakimiyyəti Krıma Amerika silahları ilə zərbələr endirməyi məqbul hesab edir.

Mehman Mehdiyev
Xəbəri paylaş