Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belarus ŞƏT-ə üzv olacaq

Belarus ŞƏT-ə üzv olacaq


Belarus Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ola bilər.

Newscenter.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko “Kazakhparat” agentliyinə müsahibəsində deyib.

"Biz ŞƏT-ə tamhüquqlu üzvlük istiqamətində addımlar atırıq. Bu illər ərzində Belarusun Təşkilatın saytında verdiyi bir çox təkliflər artıq dəstəklənib", -deyə Lukaşenko bildirib.

Belarus prezidenti daha sonra bunları qeyd edib:

"Əminəm ki, bu gün ŞƏT-ə üzv ölkələr qlobal iqtisadi artımın lokomotivi, investisiyaların və innovativ istehsalın cəlb edilməsi mərkəzləri kimi çıxış edirlər”.

Qeyd edək ki, Belarus 2022-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edib və bir ildən sonra müvafiq memorandumu ratifikasiya edib.

Anar Əliyev
Xəbəri paylaş