Beynəlxalq hava yolu ilə sərnişin dövriyyəsi may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıb.
Newscenter.az bildirir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) may ayı üçün qlobal sərnişin tələbatı ilə bağlı məlumat açıqlayıb.
Buna uyğun olaraq may ayında beynəlxalq hava daşımalarına tələbat artıb.
Ödənişli sərnişin kilometrləri (RPK) ilə ölçülən ümumi tələbat may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıb.
Mövcud oturacaq kilometrləri (ASK) ilə ölçülən ümumi tutum eyni dövrdə 8,5 faiz artıb.
Natiq Orucov