Finlandiya və İsveç de-fakto suverenliklərini itiriblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Elmlər Akademiyasının Latın Amerikası İnstitutunun baş elmi işçisi Aleksandr Stepanov deyib.
Onun sözlərinə görə, həmin ölkələr ABŞ-ın ehtiyacları üçün öz ərazilərinə xəyanət ediblər.
"Finlandiya və İsveç ərazilər üzərində suverenliyi faktiki olaraq ləğv edərək, onları Pentaqonun ehtiyaclarına ötürdülər",-deyə Stepanov bildirib.
O, həmçinin xatırladıb ki, İsveç MilDef Qrupu NATO-nun şimal-şərq cinahı üçün hərbi-nəqliyyat aviasiya potensialını təmin edən Amerika Lockheed Martin şirkətinin faktiki regional ofisinə çevrilib.
Anar Əliyev