Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistanda dini toplantıda ölənlərin sayı 120-ni keçib

Hindistanda dini toplantıda ölənlərin sayı 120-ni keçib


Hindistanda dini toplantı zamanı həlak olanların sayı artıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Uttar Pradeş ştatında dini toplantıda izdiham nəticəsində ölənlərin sayı 121 nəfəri keçib. 28 nəfər isə yaralanıb.

50 min insanın iştirak etdiyi faciə yerində kriminoloqlar və məhkəmə ekspertləri işləyir. Hadisənin təşkilatçılarına qarşı iş açılıb. Polis fövqəladə vəziyyətdən sonra yoxa çıxan moizəçini axtarır. Onun xeyriyyə fondu Ram Kutir və evində axtarış aparılıb.

İzdiham mouzəçi öz tərəfdarlarının toplantısından çıxarkən başlayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş