Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mişel Obamaya Tramp və Baydendən daha çox dəstək verilir

Mişel Obamaya Tramp və Baydendən daha çox dəstək verilir



Amerikalı seçicilərin 50 faizi keçmiş birinci xanım Mişel Obamaya dəstək nümayiş etdirir.

Newscenter.az TASS-a istinadən bildirir ki, okeanın o tayında keçirilən rəy sorğusunun nəticələri belə deməyə əsas verir.

Sorğunun nəticələrindən məlum olub ki, 2024-cü il prezident seçkilərində Mişel Obama Demokratların namizədi olsaydı, amerikalılar ona səs verəcəkdi. Ipsos sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrinə görə, Mişel Obama və eks-prezident Donald Tramp prezidentlik uğrunda mübarizə aparsaydı, respondentlərin 50%-i keçmiş birinci xanımı dəstəkləməyə hazır olardı. Amerikalıların isə yalnız 39%-i keçmiş Amerika Respublikaçı lideri Trampa səs verərdi. Respondentlər eyni müqayisəni hazırkı Ağ Ev rəhbəri Co Baydenlə də ediblər.

Mehman Mehdiyev
Xəbəri paylaş