Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfər edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, səfərdə məqsəd Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitində iştirak etməkdir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov qarşılayıb.
Məlumat üçün qeyd edək ki, ŞƏT 2001-ci ildə altı ölkə - Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən yaradılıb. Daha sonra bu ittifaqa İran, Hindistan və Pakistan qoşulub.
Mehman Mehdiyev