Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ŞƏT-lə əməkdaşlığın perspektivləri nədir?

ŞƏT-lə əməkdaşlığın perspektivləri nədir?


Bu il 20 milyard dollardan çox Azərbaycanın Şanxay əməkdaşlıq Təşkilatının (ŞƏT) əsas, müşahidəçi və dialoq tərəfdaşları ilə ticarət dövriyyəsi gözlənilir.
Halbuki, bu rəqəm 5 il əvvəl cəmi 9,2 milyard idi. 2022-ci ildə isə 15,5 milyarda çatmışdır. Cəmi bir il sonra, yəni 2023-cü ildə isə artıq 20 milyard dollar ətrafında bir dövriyyə formalaşmışdır.
Nəzərə alsaq ki, Azərbaycanın ən böyük 4 ticarət tərəfdaşından 3-ü, yəni Rusiya, Çin və Türkiyə bu təşkilatın əsas üzvü və ya dialoq tərəfdaşıdır, onda bu təşkilatın gələcəkdə Azərbaycan üçün önəmini təsəvvür etmək olar.
Qeyd edim ki, bu təşkilatın 9 əsas, 3 müşahidəçi, 14 dialoq tərəfdaşı var və Azərbaycan bunların böyük əksəriyyəti ilə çox sıx iqtisadi və siyasi əlaqələrə malikdir. Azərbaycanın Astanada keçirlən ŞƏT Sammitinə növbəti dəfə dəvət alması isə bu əlaqələrin səviyyəsinin və cənab Prezident İlham Əliyevin böyük nüfuzunun göstəricisidir.
Xəbəri paylaş