Türkiyədə və Suriyada baş verənlər provokasiyadır. Heç şübhəsiz ki, Türkiyə və Suriya arasında münasibətlərin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində iki ölkə arasında yeni qurulmuş əlaqələrə zərbə vurmaq məqsədi daşıyır. Konkret olaraq burada hansı səbəblərdən və hansı qüvvələrin nədən ötəri etdikləri haqda yazmaq fikrim yoxdur. Statusu yazmaqla məqsədim, hər şeyə qəzəbli, qatı millətçi, küyə gedən, kütlə təfəkkürü ilə yanaşmaq olmaz. Bu yalnız ölkəni qarışdırmaq istəyən qüvvələrin işinə yarayır. Hər bir məsələdə dövlətin mənafeyinə uyğun olaraq addım atmaq lazımdır.Bunun üçün ölkənin hüquq mühafizə orqanları var. Əyər ortada hər hansı bir cinayət varsa, bu dövlətin hüquq mühafizə orqanlarının işidir və heç kimə xüsusi imtiyaz verilməyib ki, cinayətkara cəza tətbiq etsin. Əks halda provokatorlar hərəkətə keçir və sadəlövh insanların zəif düşüncələrindən istifadə edərək, ölkəni, dövləti, xalqı sarsıtmaq üçün düşmənlərin çirkin planları üzərindən iş görürlər. Suriyada baş verənlər, türklərin əmlakına təcavüz və digər məsələlər hardasa Suriya toplumunun savadsızlığından qaynaqlanan, ölkədə xaus və anarxiya şəraitində davam edən yaşam tərzindən və kütlə təfəkkürü ilə məsələlərə yanaşma tərzi kimi başa düşülə bilər. Amma, yuxarıda sadalanan çatışmazlıqlar Türkiyə üçün keçərli deyil.Türkiyə və türk xalqı özünü suriyalılar kimi əsla apara bilməz.Çünki, hər xalqın öz adı, öz kültürü , öz ağırlığı var.
Çingiz Şahbazi, siyasi ekspert