Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Mirzə Babayevin doğum günüdür

Bu gün Mirzə Babayevin doğum günüdür



Bu gün Azərbaycan-sovet kino aktyoru və estrada müğənnisi, memar və ictimai xadim, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordeni laureatı Mirzə Babayevin doğum günüdür.

Newscenter.az xatırladır ki, Mirzə Babayev 16 iyul 1913-cü ildə, Bakının Maştağa kəndində anadan olub. Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndir.

Mirzə Babayev 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb.

O, iki dəfə "Humay" mükafatı laureatı, 2002-ci ildən prezident təqaüdçüsü olub.

Mirzə Babayev 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edib.

Nərgiz Əzizova
Xəbəri paylaş