Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini mərasimlərə azyaşlıların cəlb edilməsi doğru deyil

Dini mərasimlərə azyaşlıların cəlb edilməsi doğru deyil


"Dini mərasimlərə azyaşlıların cəlb edilməsi, onların baş yarmaq, sinə vurmaq kimi hərəkətlərə tamaşa etməsi doğru deyil və bununla biz övladlarımızı məhvə doğru aparırırq".

Bu fikirləri Newscenter.az-a "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyinin sədri Susana Məmmədova səsləndirib. O bildirib ki, bu cür xoşagəlməz hallar uşaqlarda zaman keçdikcə aqressiya yaradır və onların psixologiyasında müəyyən problemlərin meydana gəlməsinə yol açır:

"Qəti şəkildə uşaqları bu kimi mərasimlərə, tədbirlərə cəlb etmək olmaz. Əgər övladlarımızın gələcəyini, onların sağlam ruhda böyüməsini istəyiriksə, o zaman onları qorumalı, dinimizin gözəllikləri, onun fəzilətlərini övladlarımıza əxz etdirməliyik".

İctimai Birlik sədri deyib ki, uşaq yaşlarında bu kimi mərasimlərdə qan görən, şıiddət müşahidə edən uşaq gələcəkdə də qana, şiddətə meyilli olacaq.

Nərgiz Əzizova
Xəbəri paylaş
1win