Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda seçkini hansı cəbhə qazanacaq?

Gürcüstanda seçkini hansı cəbhə qazanacaq?


"Gürcüstanda oktyabrın 26 - da keçiriləcək parlament seçkiləri Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir".

Newscenter.az xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, seçkilərdə xeyli sayda təxribatlar düşünülür:

"Bu cür hadisələrin baş verməməsi üçün ölkənin hüquq - mühafizə orqanları önləyici tədbirlərə əl atırlar. Hər zaman bölgəni öz təsir dairəsində saxlamağa çalışan Qərb ölkələri bu dəfə öz məkrli planlarından əl çəkmir, Gürcüstanı öz təsir dairələrində saxlamağa çalışırlar. Ancaq istənilən halda seçim gürcü xalqınındır. İqdidarda olan "Gürcü Arzusu" Partiyası ölkəni Qərbin boyunduğu altından xilas etmək üçün qəbul etdiyi "Xarici agentlər" haqqında qanundan sonra ABŞ başda olmaqla bu ölkələr rəsmi Tiflisə düşmən kəsilib. Buna görə də bu ölkələrin Gürcüstandakı səfirləri müxalifət liderləri ilə çiyin-çiyinə duraraq hakimiyyətin dəyişməsi üçün əllərindən gələni edirlər. Bunun üçün müxtəlif inqilab ssenariləri hazırlanır. Səbəb isə budur ki, nə Qərb, nə də müxalifət öz şansına inanmır".

Politoloq deyib ki, keçirilən rəy sorğuları iqdidar partiyası və müxalifət arasında kəskin səs fərqini göstərir:

"Gürcü Arzusu Partiyası rəy sorğularında 35-40 faiz civarında isə səs toplayır. İqdidar partiyasının niyyəti parlamentdəki yerlərin yarısını ələ keçirməkdir. Onun ən yaxın rəqibi olan Vahid Milli Hərakat Partiyası ilə iqtidar partiyası arasında təxminən 10 faizdən çox səs fərqi var. Rəy sorğuları göstərir ki, Gürcü Arzusu hətta 33 - 35 faiz səslə belə parlamentdə çoxluğu qazana bilər. Çünki Gürcü Arzusu və Vahid Milli Hərəkat Partiyalarından başqa heç bir partiyanın 5 faizlik baryeri keçib parlamentə keçmək şansı görünmür ki, bu da parlamentdə deputatların bu iki partiya arasında bölünəcəyini göstərir".

Zeynal Əmrəliyev deyib ki, müxalifətin seçkiyə parçalanmış vəziyyətdə girməsi iqdidarın şansını artırır:

"Vahid Milli Hərəkat Partiyası müxalifətin vahid birliyini yaratmaq üçün səylər göstərsə də bu uğursuzluğa düçar oldu. Müxalifətin Mixail Saakaşvilinin partiyası ətrafında birləşə bilməməsinin 2 səbəbi var. Birincisi Saakaşvilinin özünün siyasi keçmişdir. Bu partiyaların bir çoxunun keçmiş prezidentlə konflikti var və buna görə də onun ətrafında birləşmək istəmirlər. İkinci səbəb isə Vahid Milli Hərəkat Partiyasının rəhbərliyinin xarici səfirlərlə tez - tez görüşlər keçirməsi və hazırda Gürcüstanı "sanksiya atəşi" nə tutan Qərbə bəslədiyi rəğbətdir. Qərb Gürcüstana qarşı mənfi yanaşma sərgilədikcə bu müxalifətin əhali arasında nüfuzunu azaldır. Qərbin Tiflisə sanksiya siyasəti bu kimi məsələlərə görə özünü qarşı çevrildiyi aydın görünür".

Süleyman
Xəbəri paylaş